52 Dövlət Aqrar İnkişaf Mərkəzi elektronlaşdırılacaq

01-02-2019 / 17:16

“Bu ilin fevralın sonuna qədər 52 Dövlət Aqrar İnkişaf Mərkəzi (DAİM) elektronlaşdırılmış şəkildə fermerlərin ixtiyarına veriləcək”.

Xeberler.az  məlumat verir ki, bunu  Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov bildirib.

O qeyd edib ki, bu günə qədər Dövlət Aqrar İnkişaf Mərkəzlərindən (DAİM) 5-i tam elektronlaşdırılmış şəkildə fermerlərə təqdim edilib:

“Ölkədə Dövlət Aqrar İnkişaf Mərkəzlərinin hamısının inzibati binası var. DAİM-lərdə kənd təsərrüfatı sahəsi ilə bağlı elektonlaşdırılmış bütün xidmətlərdən yararlanmaq mümkündür. Belə ki, DAİM-lərdə 70-dən çox elektron xidmət göstərilir. Fevralın sonuna qədər ölkə üzrə bütün Dövlət Aqrar İnkişaf Mərkəzlərinin hamısı fermerlərin ixtiyarına veriləcək". 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.