55 dərsə Excel-i öyrənmək imkanı- Yeni kitab nəşr edildi

15-08-2016 / 13:37

Bir müddət əvvəl məlumat verdiyimiz kimi, INNAB Peşəkar İnkişaf Platforması yeni  mobil  tətbiq istifadəyə verdi. Belə ki,  bu mobil tətbiqi telefonunuza yükləməklə istənilən vaxt, istənilən yerdə Excel funksiyalarını rahatlıqla öyrənə bilərsiniz.

Mobil tətbiq hazırda Android əməliyyat sistemi ilə işləyən telefonlar üçün hazırlanıb.

Xeberler.az-ın məlumatına görə, artıq Excel kitabı da nəşr edilib.

Bununla bağlı daha ətraflı  “55 dərsə Excel” adlı kitabın müəllifi  Nahid Nəsirov  ilə ətraflı söhbət etdik.

Müəllif deyir ki, kitab  Excelin A-dan Z-ə bütün menyularını, əmrlərini, 222 funksiyasını Azərbaycan dilində izah edir:

“Kitabın  mündəricatı Excelin Panellərinin strukturuna uyğunlaşdırılıb. Bunun sayəsində Exceldə istənilən əmr barədə çox axtarış etmədən məlumatı əldə edə bilərsiniz. Mündəricatı onlayn olaraq buradan yükləyə bilərsiniz”.

Nahid Nəsirov qeyd edib ki, kitabı sadə dillə, amma dərin bilikləri əhatə edəcək səviyyədə yazmağa çalışıb:

“Təbii ki, bunun nə dərəcədə alındığını sizlərdən gələn rəylərə əsasən biləcəyəm. Kitabı oxuyarkən tövsiyə edirəm ki, praktiki olaraq oxuduqlarınızı Excel üzərində tətbiq edəsiniz”.

Müəllif bildirib ki, kitabın hazırlanmasında bütün INNAB komandasının əməyi olub.

O qeyd edib ki, artıq kitab satışdadır. Kitabı 20 AZN-ə əldə edə bilərsiniz.

Kitabın Bakı və Sumqayıt daxilində çatdırılması pulsuzdur. Rayonlara və xarici ölkələrə poçtla çatdırma işini yerinə yetirə bilir.

Kitabı əldə etmək istəyənlərə, aşağıdakı şəhər və qəsəbələrə maximum 2 gün ərzində pulsuz çatdırma mümkündür:

Bakı 
2. Sumqayıt 
3. Xırdalan 
4. Gəncə 
5. Goranboy
6. Mingəçevir
7. Lökbatan 
8. Saatlı 
9. Füzuli Rayonu
10. Xaçmaz (Hər həftənin şənbə günləri)
11. Binə
12. Sabirabad
13. Şabran (Max 5 gün ərzində)

 Qeyd edilib ki, kitabı almağa imkanı çatmayan şəxslərin durumu təsdiqləndikdən sonra müəllifin dostları tərəfindən ödənilən pullar hesabına onlara kitab hədiyyə kimi veriləcək.

Müəlliflə əlaqə: 077 219 1050

Nahid Nəsirovun bloqundan da bu barədə ətraflı məlumat ala bilərsiniz.

 

Məltəm Talıbzadə 

 

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.