596 bal topladığı iddia olunan abituriyent haqlıdırmı?

17-08-2018 / 18:33

Bu il ali məktəbə qəbul imtahanında iştirak edən İbrahim Əsgəri adlı abituriyent 596 bal toplasa da, ali məktəbə qəbul olmayıb.

Xeberler.az-a açıqlama verən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, 596 Bal toplayan abituriyentin ali məktəbə qəbul ola bilməməsi ilə bağlı münasibət bildirib: “596 Bal toplayan abituriyentin ali məktəbə qəbul ola bilməməsi ilə bağlı iddialar və DİM -in rəsmi açıqlaması ilə bağlı aşağıdakıları bildirmək istərdim:

  • Əgər hansısa bir müstəqil ekspertə, vətəndaş cəmiyyəti fəalına edilmiş müraciət əsasında hansısa məlumat yayılırsa, bu normal bir haldır. Buna görə də, konkret Kamran bəyi hansısa məlumatı açıqlamaqda ittiham etmək heç bir halda doğru deyil. 
  • Əgər məlumat yayılandan sonra ona cavabdeh qurum tərəfindən Kamran bəyə müraciət edilib düzəliş və ya hansısa bir əlavə açıqlamalar verilməsi təklif olunarsa vacibdir ki bunlar əlavə edilsin və yenidən düzəlişlər edilsin. Bildiyim qədər DİM bundan narazı qalıb.
  • DİM-in dərhal mətbuat konfransı çağırması və məsələnin mahiyyətini icimaiyyətə élan etməsi çox təqdirəlayiqdir. Yəni, özünün nüfuzunu, obyektivliyi gözləyən qurum məhz bu addımı atmalıyıd. Lakin onun müsəqil eksperti məhkəməyə verməsi ilə bağlı açıqlamalarını dsətəkləmirəm, ümumiyyətlə bunu DİM-ə yaraşdırmıram. Düşünrəm ki yetərincə şəffaf və hesabatlı bir qurumun belə bir addımı heç bir halda doğru yanaşma olmazdı.

Osman Gündüz DİM-in bütün informasiya sistemləri, onlayn və oflayn imtahan nəticələri DİM və XDMX tərəfindən qorunduğunu qeyd edib: “Əsəs məsələ. Kimdir haqlı? İddiaçı abituriyentin real nəticələri hardadır ?
DİM-in fəaliyyət prinsiplərinə az-çox bələd olan birisi olaraq deyə bilərəm ki, DİM-in bütün informasiya sistemləri, bütün onlayn və oflayn imtahan nəticələri DİM və XDMX tərəfindən qorunur. Əgər XDMX generallarının və DİM rəhbərinin eyni anda girişi olmazsa sistemə müdaxilə mümkünsüzdür.
 Yeri gəkmişkən bizim Azərişıq-la davamiz da elə bu tip məslələrlə bağlıdır ki, ictimai əhəmiyyət, mühüm kəsb edən sistemlər üzərində yalnız bir qurumun nəzarəti doğru yanaşma deyil.
Bildiyim qədər DİM və XDMX generallarının iştirakı ilə sistemdə həmin iddiaçının nəticələri, hətta original cavab kartları valideynlərə təqdim edilib”.

Ekspert DİM-in nəticələri dərc etməməsi məsələsinədə toxunub: “Nə üçün DİM nəticələri dərc etmir? Düşünürəm ki, bu nə qədər asan bir variant olsa da, DİM məsuliyyətdən ehtiyatlanır. Yəni, hər hansı bir abituriyentin nəticələri onun fərdi informasiyalarıdır. Əgər valideyndən və ya abitturiyentdən xəbərsiz DİM onları açıqlayarsa onu məhkəmə gözlədiyi aydındır. Məncə valideynləri sistemə daxil olaraq bütün nəicələri dərc etmək imkanları var və ya onlar DİM-ə yazılı olar razılıq versələr DİM onları mütləq açıqlamalıdır”.

Osman Gündüz kiminsə DİM sistemindən əldə olunan məlumatları redaktə proqramlarının köməyi dəyişdirə biləcəyinidə vurğulayıb: “Əslində nə baş verib? DİM-də olan müzakirələrdə, İcitimai Şura toplantılarında iştirak edənlər bilir ki, bu tip və ya oxşar hadisələr hər zaman DİM-in qəbul proseslərində olur. Bu da onlardan birisidir.
Güman ki, kimsə DİM sistemindən əldə olunan məlumatları redaktə proqramlarının köməyi ilə sadəcə dəyişdirib və yenidən kənarda yaddaşda saxlayıb. Bunu kimlərin edə bləcəyi haqqında isə bir şey demək çətindir. Bunu abituriyentin hesabına giriş imkanı olan kimsə də abituriyentdən və valideynlərdən xəbərsiz kimsə də edə bilər. Bu onlardan hansısa birisinin razılığı ilə də edilə bilər.
Yəni burada variantlar çoxdur. DİM-in informasiya sistemində olan, XDMX generallarının və DIM rəhbərinin birbaşa nəzarətində olan otaqda saxlanılan original cavab kartlarında olan məlumatlar əsasdır. Bu da valideynlərə təqdim edilib və onlar bunu sisemə daxil olaraq da görə bilirlər. 
Odur ki, istənilən halda burada DİM-lə bağlı bir problem görmürəm
”.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.