5G-ni ilk olaraq hansı ölkələr istifadə edəcək?

21-02-2018 / 13:15

Hazırda dünyada operatorlar yeni nəsil simsiz şəbəkə texnologiyası 5G infrastrukturnun yaradılması üzrə işlər aparır.

Dünyanın ən böyük operatorlarından biri olan AT & T ABŞ-ın 3 şəhərində bununla bağlı işlərin yekunlaşdığını açıqlayıb.

Qeyd edək ki, 5G texnologiyası sonrakı yeni bir keçid texnologiyasıdır və İnternetin ən yaxşı qlobal şəbəkəsini təmin edir.

Bu dəfə yalnız əvvəlki nəsil dəyişikliklərində olduğu kimi sürət artmayacaq. Belə ki, indi qəhvə maşından televiziya, kompüterdən avtomobillərə qədər hər şey avtonom ünsiyyət şəbəkəsinə sahib olacaq.

Qeyd edilir ki, 2020-ci ilə qədər dünyanın bir çox yerində 5G ilə təmin ediləcək.

Dünyanın ən böyük telekommunikasiya şirkətlərindən biri olan AT & T - keçən il 5G üçün infrastruktur işləri aparmaq üçün ilk Warner Bros-u satın alıb.

Açıqlamada 12 şəhərdə 5G xidmətlərinin təqdim ediləcəyi qeyd edilmişdi.

Xeberler.az xarici mediaya istinadən məluamt verir ki, yeni məlumata görə, artıq həmin şəhərlərin 3-də 2018 sonudan 5G şəbəkəsi olacaq.

Söhbət Texas ştatında olan Dallas və Waco əyalətlərindən gedir. Digəri isə Atlanta əyalətinin mərkəzi olan Gürcüstanın metropolisidir.

Önümüzdəki aylarda sonuncu tənzimləmələrin ediləcəyi şəhərlərin ilin sonuna qədər 5G-yə keçəcəyi gözlənilir.

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə