5G rəqabəti kəskinləşir- Huawei-dən yeni çip

26-02-2018 / 21:19

Məlum olduğu kimi, hazırda Barselonada Mobil Dünya Konqresi (MWC 2018) davam edir.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, Huawei avtonom vasitələrindən tutmuş mobil qurğulara qədər müxtəlif sahələrdə istifadə edəcəyi ilk 5G çipini təqdim edib.

Huawei Balong 5G01 çipi 5G şəbəkələri üçün nəzərdə tutulan yeni 3GPP standartını dəstəkləyir. Bu da çipin 2.3Gbps məlumatların yüklənmə sürətinə tab gətirə biləcəyi anlamına gəlir.

Çipin ölçüsünü nəzərə alsaq, bunun smartfonlar üçün deyil, hotspot cihazları və digər əlaqə qurğuları üçün hazırlandığını demək mümkündür.

Huawei şirkətinin baş icraçı direktoru Richard Yu təqdimat zamanı deyib ki, şirkətin avtonom, mobil qurğularda, ağıllı evlərdə və digər bir çox sahələrdə istifadə edilməsi üçün hazırlanmış yeni şəbəkə texnologiyasına 600 milyon dollar sərmayə qoyublar.

Yu həmçinin Huawei-in şəbəkə texnologiyası ilə başdan-ayağa 5G həlli təklif edən ilk şirkət olacağını vurğulayıb.

Huawei yeni təqdim etdiyi texnologiya ilə Qualcomm və Intel kimi şirkətlərə meydan oxumuş oldu.

Xeberler.az

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.