5G şəbəkəsində rekord sürət qeydə alınıb

17-10-2016 / 12:10

Ericsson və Telia şirkətləri Avropada real şəbəkədə 5G standartı üzrə ilk sınaqlar keçirib.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, sınaqlar İsveçin Çista şəhərində Telia şəbəkəsində 15 QHs diapazonunda 800 MHs zolağında aparılıb. Yoxlama zamanı bir istifadəçi üçün 15 Qbit/s rekord nəticə əldə edilib.

Şirkətlərin rəsmiləri bildiriblər ki, bu göstərici 4G şəbəkəsinin maksimal nəticəsindən 40 dəfə yüksəkdir. Artıq 2018-ci beşinci nəsil rabitə texnologiyası adi istifadəçilər üçün də reallığa çevriləcək, çünki həmin dövrədək Telia şirkəti Stokholm və Tallində ilk 5G rabitə şəbəkəsini istifadəyə verəcək.

Bu, İsveç və Estoniyadakı abunəçilər üçün 5G xidmətlərinin istifadəyə verilməsinə imkan yaradan böyük nailiyyətdir. İşlək “outdoor” şəbəkə şəraitində keçirilmiş sınaqlar zamanı əldə olunmuş bilik və bacarıqlar 5G texnologiyalarının inkişafı üçün mühüm əhəmiyyət kəsb edəcək.

Telia və Ericsson şirkətlərinin rəsmiləri elan ediblər ki, 5G şəbəkəsində əldə olunan yüksək sürət mövcud olan xidmətlərin keyfiyyətini yaxşılaşdırmaqla yanaşı, yeni layihələr həyata keçirməyə imkan verəcək. 

 

Xeberler.az

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə