5G tibb sahəsində də istifadə edilir

13-04-2018 / 14:48

5-ci nəsil şəbəkələri tibb sahəsində də tətbiq edilməyə başlayıb.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, Böyük Britaniyanın tədqiqatçıları pasiyentin yarasının vəziyyəti haqqında informasiyanın həkimə ötürülməsi üçün 5G şəbəkələrindən istifadə edən bint hazırlayıblar.

Sarğı həm də yaranın sağalmasının izlənilməsi üçün nanosensorlarla təchiz edilib. Həkim əldə olunmuş informasiya əsasında müalicə planını məsləhət görə biləcək.

"Yaranın vəziyyətini öyrənmək üçün nanotexnologiyalardan istifadə edən intellektual sarğı onu 5G infrastrukturu ilə birləşdirərək telefon vasitəsilə pasiyentin harada və nə qədər aktiv olduğu barədə məlumat verəcək. Bütün məlumatlar toplanılacaq ki, həkim istənilən zaman yaranın vəziyyəti haqqında xəbərdar olsun və sonra müalicə kursunu dəyişə bilsin”, – deyə universitetin professoru Mark Klement bildirib.

Tədqiqatçılar maliyyə vəsaitinə qənaət etmək üçün ağıllı bintləri 3D-printerlərdə çap etməyi planlaşdırırlar. Hələ ki, bu texnologiyanın kütləvi istifadəsi haqqında məlumat verilmir.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.