6 qrant müsabiqəsində 117 layihə maliyyələşdirilib

26-10-2018 / 17:12
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu 6 qrant müsabiqəsində 117 layihəni maliyyələşdirib.
 
Xeberler.az  bildirir ki, AZƏRTAC-ın məlumatına görə, bu barədə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə "İnnovasiyalar həftəsi" çərçivəsində keçirilən tədbirdə deyib.
 
O bildirib ki, nazirliyin nəzdində Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi yüksək texnologiyalar sənayesində müxtəlif növ yeni materialların alınması, nanotexnologiyalar sahəsində prioritet olan istiqamətlər üzrə işlər aparır.
Nazir qeyd edib ki, innovativ sahibkarlığın dəstəklənməsi üçün nazirliyin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu fəaliyyət göstərir. Kommersiyalaşmış uğurlu layihələrin maliyyələşməsi üçün fond birgə investor kimi çıxış edir. Artıq bu məqsədlə 6 qrant müsabiqəsində 117 layihə maliyyələşdirilib.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə