6G texnologiyası da gəlir

12-03-2018 / 12:17

Çin alimləri 6-cı nəsil rabitə standartı üzərində işə başlayıblar.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, bu barədə  Çinin Sənaye və İnformasiyalaşdırma naziri Myao Vey bildirib.

Onun sözlərinə görə, Çin alimləri ötən ilin sonunda yeni 6G sahəsində işlərə başlayıb.

Nazir vurğulayıb ki, “Əşyalar interneti"nin inkişafı mobil rabitə texnologiyaları imkanlarının genişləndirilməsi ilə eyni vaxtda həyata keçirilməlidir.

Onu da bildirək ki, Çin hazırda 5G rabitə standartı texnologiyası üzərində aktiv iş aparır. Ən böyük yerli operatorlar öz tərəfdaşları ilə birgə beşinci nəsil rabitə standartı üçün əsas stansiya və müxtəlif qurğuları sınaqdan keçirirlər.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə