8 min qadın Microsoft-u məhkəməyə verir

13-03-2018 / 15:05

Dünyanın məşhur texnologiya şirkəti Microsoft-da çalışan 8 min qadın şikayət edib.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, 2010-2016 illərdə şirkətdə işləyən 238 xanımın cinsi ayrı-seçkilik və cinsi təcavüz səbəbiylə şikayət etdiyi açıqlanıb.

Qeyd edilir ki, bu məlumat ötən həftə ictimaiyyətə açıqlanan məhkəmə sənədlərində öz əksini tapıb.

Məhkəmə sənədlərinə görə, Microsoft-da çalışan qadın işçilərin şirkətə qarşı irəli sürdüyü iddiada maaş artırmı və promosyonların sistematik olaraq təxirə salındığı deyilir.

Microsoft isə açıqlama verərək bu iddiaları rədd edib.

Şirkətdə çalışan qadınları müdafiə edən hüquqşünasların 8000-dən çox işçini əhatə edən kollektiv şəkildə məhkəməyə müraciət edəcəyi gözlənilir.

Günel

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.