9 ay ərzində elektron hökumət quruculuğunda hansı yeniliklər olub?

24-10-2015 / 10:37

Rabitə və Yüksək  Texnologiyalar  Nazirliyi 9 ay ərzində görülən işlərlə bağlı hesabat təqdim edib.

Xeberler.az-ın məlumatına görə, hesabat dövründə informasiya cəmiyyətinin inkişafı, e-hökumət həllərinin tətbiqinin genişləndirilməsi istiqamətində görülən işlər çərçivəsində “Elektron hökumət” portalına 35 yeni e-xidmət inteqrasiya olunmaqla portalda olan xidmətlərin sayı 422-yə çatdırılıb.

Bunlardan 340-ı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş (455 xidmət təsdiq olunub) xidmətlərdəndir. Portala 3 yeni qurum qoşulub və inteqrasiya olunmuş qurumların sayı 50-yə çatıb. 1 oktyabr tarixinə portala 2,5 milyon nəfər daxil olub. 16,2 milyon dəfə e-xidmətdən istifadə edib.

Hesabat dövründə 772 ədəd yeni e-imza sertifikatı verilmiş və ümumi e-imzaların sayı 36 351-ə çatdırılıb. Həmçinin, Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi tərəfindən 179 011 ədədə e-imza verilib.

Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemi yaradılıb və portala inteqrasiya olunub.

Bu ilin əvvəlində Açıq Hökumət Məlumatları - E-Gov 3 mərhələsinə başlanıb. Hazırda portalda Ədliyyə Nazirliyi, RYTN, Dövlət Gömrük Komitəsi, Səhiyyə Nazirliyi , Mədəniyyət və Turizim Nazirliyi və Azərsu ASC-yə məxsus 25 adda açıq hökumət məlumatları yerləşdirilib.

“Elektron hökumət” portalı vasitəsilə 9 növ arayışın elektron formada verilməsinə başlanıb və 9 ay ərzində 152 766 vətəndaş tərəfindən təqribən 290 min e-arayış verilib. Ümumiyyətlə,  isə 193 224 vətəndaş tərəfindən 386234 dəfə e-arayış əldə edilib.

Azərbaycanda elektron hökumət üçün təlim mərkəzi yaradılıb, həmçinin mərkəzin qeydiyyata alınması və “Elektron Hökumət Təlim-Tədris Mərkəzi” MMC-nin yaradılması ilə bağlı müvafiq sənədlər Nazirlər Kabinetinə göndərilib. Hazırda müvafiq qurumlarla razılaşma prosedurları həyata keçirilir.

Android əməliyyat sistemi olan mobil planşet və smartfonlar üçün elektron imzalayıcı proqram təminatı hazırlanıb və “Elektron hökumət” portalında sınaqdan keçib.

Eyni zamanda, Məlumat Hesablama Mərkəzi tərəfindən mövcud ənənəvi şəbəkəyə alternativ olaraq yaradılan və respublikanın bütün ərazisini əhatə edən AzDataKom  şəbəkəsinin genişləndirilməsi, ayrı-ayrı sistemlər üzrə proqram təminatının yaradılması, e-xidmətlərin təkmilləşdirilməsi və ya yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.

Hazırda Azdatakom şəbəkəsinin 3326 əhali, 1484 təşkilat abunəçisi var.

Məltəm Talıbzadə 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə