9-cular üçün “Abituriyent” jurnalı onlayn sifariş etmək olar

02-03-2017 / 14:19

Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının xüsusi buraxılışlarında ümumi təhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün “AZƏRBAYCAN DİLİ” və “РУССКИЙ ЯЗЫК”  fənləri üzrə vəsaitləri nəşr edib.

Dövlət İmtahan Mərkəzindən Xeberler.az-a verilən məlumata görə,  vəsaitlər buraxılış imtahanlarına hazırlaşan IX və XI sinif şagirdləri, eləcə də qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün etibarlı mənbədir. Vəsaitlər, iki hissədən ibarətdir. Birinci hissədə sinfin yeni təhsil proqramı (kurikulum) və dərsliyinə əsaslanan qiymətləndirmə tapşırıqları, ikinci hissədə isə qapalı və açıq tipli test tapşırıqları dərc edilib. 

Vəsaitlərdən ümumi təhsil müəssisələrində qiymətləndirmə vasitəsi kimi, həmçinin pedaqoji yönümlü ali təhsil müəssisələrində və müəllimlər üçün təlim kurslarında metodiki material kimi istifadə oluna bilər.

Vəsaitləri DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

 Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə