900 milyon Android cihazı təhlükədədir

09-08-2016 / 12:55

Las Vegasda təşkil edilən ən məşhur təhlükəsizlik konfranslarından olan DEF CON 24-də  Android cihazlarına  dair ciddi təhlükəsizlik açığı tapıldığı elan edilib.

Xeberler.az bildirir ki, Check Point-in ortaya çıxardığı açığa görə, bazarda olan təxminən 900 milyon Android əsaslı ağıllı telefon və tablet təhlükədədir.

adRotor adı verilən təhlükəsizlik açığı əslində dörd fərqli açıqdan meydana gəlir. Bu təhlükəsizlik boşluğunun meydana gəlməsinin səbəbi isə Qualcomm çipləridir.

Məlum olduğu kimi, Qualcomm xüsusilə Android əsaslı ağıllı telefon və tablet bazarında 65 faizlik paya sahibdir.

Bu səbəblə də QuadRooter-in təsir edə biləcəyi cihaz sayı təxminən 900 milyondur.

Hazırda istifadəçilər zərərsiz kimi görünən viruslu proqramları telefonlarına yükləyərək bu təhlükə ilə üzləşir.

Tətbiqin yüklənməsinin ardından isə kibercinayətkar cihaza "root"  giriş edə bilir.

Bu təhlükədən necə qorunmaq olar?

-Yalnız Google Play üzərindən tətbiq yükləmək zərərli APK yükləmə ehtimalınızı olduqca aşağı salır

-Yükləyəcəyiniz tətbiqdən  əmin olun, istədiyi icazələri diqqətlə araşdırın. Əgər tətbiqə dair şübhəniz varsa, yükləməyin

_telefonunuza yeniləmə gəldiyi anda vaxt itirmədən yeniləməni yükləyin

- Yalnız etibar etdiyiniz kabelsiz şəbəkələri istifadə edin

Təhlükədə olan məşhur cihazlardan bəziləri:

BlackBerry Priv

Blackphone 1 və Blackphone 2

Google Nexus 5X, Nexus 6 və Nexus 6P

HTC One, HTC M9 və HTC 10

LG G4, LG G5 və LG V10

Motorola Moto X

OnePlus One,One Plus 2 və OnePlus 3

Samsung Galaxy S7 və Samsung S7 Edge

Sony Xperia Z Ultra

 

Günel 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.