ABAD-ın daha bir sərgi-satış mərkəzi açıldı

10-01-2018 / 10:40

 ABAD-ın yeni, sayca 6-cı sərgi-satış mərkəzi fəaliyyətə başlayıb. Yeni sərgi-satış mərkəzi Qəbələ rayonunun Duruca kəndi, Tufandağ dağ-xizək kurortunun ərazisində yerləşir.

Xeberler.az bildirir ki, mərkəzdə təqdim olunan dekorativ-tətbiqi xalq sənətkarlığı nümünələri turistlərin böyük marağına səbəb olub.

Mərkəz xüsusi dizayn əsasında hazırlanıb və divarları şəbəkə ilə işlənilib, işıqlandırılma sistemi quraşdırılıb. Sərgi-satış mərkəzində Azərbaycanın ən müxtəlif regionlarından nəfis əl işləri, bal, mürəbbə və cemlər təqdim olunub. Bütün məhsullar onu istehsal etmiş sənətkarın, ailə təsərrüfatının loqotipi ilə işarələnib və üzərində xüsusi “ABAD” leybli yerləşdirilib.  Bu loqotip və “ABAD” leyblinin olması həmin məhsulun orijinallığından xəbər verir.

Qeyd edək ki, yeni sərgi-satış mərkəzinin art kafe kimi fəaliyyət göstərməyi də planlaşdırılır. 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.