ABAD sənətkarlıq mərkəzi fəaliyyətə başladı-Foto

18-03-2017 / 11:21

Martın 18-də ABAD-a qoşulan ailələrin məhsullarının nümayişini həyata keçirtmək üçün İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində ABAD sənətkarlıq mərkəzi fəaliyyətə başlayıb.

ABAD publik hüquqi şəxsin fəaliyyətinin prioritet istiqamətləri dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək göstərməkdir. Bu sahədə ilkin olaraq Masallı, Balakən, İsmayıllı, Şəki və Bakı şəhərindən ümumilikdə sənətkarlıqla bağlı 63, kənd təsərrüfatı sahəsi üzrə isə 30 ailə seçilib.

Xeberler.az-ın məlumatına görə, ilkin mərhələdə ABAD sənətkarlıq mərkəzində 63 ailənin 500 adda 2000-dən çox sənət nümunəsi, 5 ailənin isə 10 adda kənd təsərrüfatı məhsulları (cem, mürəbbə, bal) satışa çıxarılacaq.

Təqdim olunan bütün məhsullar onu istehsal etmiş sənətkarın, ailə təsərrüfatının loqotipi ilə işarələnib və üzərində xüsusi ABAD  leybli yerləşdirilib. Bu loqotip və ABAD leyblinin olması həmin məhsulun orijinallığından xəbər verir.

 ABAD bir sıra beynəlxalq təşkilatlarla, o cümlədən də BMT-nin İnkişaf Proqramı (UNDP) ilə əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində, ailələrin biznesə cəlb edilməsini təşviq etmək üçün bir ailənin istehsal avadanlıqları ilə təchiz olunmuş ət məhsulları istehsalı konteyneri ilə təmin olunmasında UNDP maliyyə dəstəyi göstərmişdir.

2016-cı ilin noyabr ayında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və ABAD arasında Əməkdaşlıq Sazişi imzalanmışdır. Sazişə əsasən, SOCAR Balakəndə növbəti ABAD mərkəzinin yaradılmasına və 12 ailənin zəruri istehsal avadanlıqları, o cümlədən istehsal konteynerləri ilə təmin olunmasına dəstək göstərəcək.

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.