Abituriyent jurnalını onlayn sifariş etmək olar

13-08-2015 / 13:56

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən Abituriyent jurnalının yeddinci nömrəsi nəşr edilib.

TQDK-dan Xəbərlər-ə bildirilib ki, jurnalın bu nömrəsində 2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmuş abituriyentlərin siyahısı qruplar üzrə (Azərbaycan bölməsi – I, II, III qruplar hər biri ayrıca jurnalda, IV və V qruplar isə birlikdə bir jurnalda, rus bölməsinin bütün qrupları isə bir jurnalda) çap edilib.

Nəşrdə həm təhsili ödənişli əsaslarla aparılan ixtisaslar üzrə, həm də dövlət sifarişi əsasında aparılan yerlər üzrə müsabiqə nəticəsində alınmış uyğun keçid balları, həmçinin dövlət sifarişi əsasında qəbul olunan abituriyentlərin ali təhsil müəssisələri və ixtisaslar üzrə paylanması barədə məlumatlar, müsabiqədənkənar qəbul olunmuş abituriyentlərin siyahısı və müsabiqənin birgə aparıldığı ixtisaslar üzrə plan yerlərinə Azərbaycan və rus bölmələrindən qəbul olunan abituriyentlərin sayı haqqında məlumat təqdim edilib.

Jurnalı TQDK-nın aşağıdakı ünvanlarda yerləşən binalarındakı Abituriyent satış köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1m;

Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28.

 

Xeberler.az

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə