Abituriyentlər üçün daha bir sayt istifadəyə verilib

05-10-2015 / 16:31

Abituriyentlər üçün daha bir sayt istifadəyə verilib.

Xeberler.az bildirir ki, 700.az portalı abituriyentlərə TQDK qəbul proqramına onlayn hazırlaşmağa kömək edir. Sayt istifadəçilərinə ən təcrübəli müəllimlərlə virtual əlaqə imkanı verir.

Ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərmək üçün təcrübəli müəllimlərin iştirakı ilə çəkilmiş video dərslərdən yararlanmaq mümkündür.

Kurs və ya qrup şəklində hazırlıqlarda, tam başa düşmədiyiniz dərsləri internetin olduğu hər yerdə, istədiyiniz vaxt müəllimlərdən təkrar dinləyə, həmçinin sualları 700.az səhifəsindəki forumda müzakirə edərək onlardan soruşa bilərsiniz.

Hər ay 700.az tərəfindən təşkil edilən onlayn ümumi sınaq imtahanlarında pulsuz iştirak edərək imtahana hazırlıq səviyyənizi ölçə bilərsiniz.

Qeydiyyatdan keçdiyiniz qrupda olan 5 fənnin hər biri üzrə ilk 2 dərsə pulsuz qulaq asaraq dərslərin keyfiyyəti ilə tanış ola bilərsiniz.

 

Sevinc Əsədova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə