ABŞ-dakı elm və texnologiya sammitinə kimlər qatılacaq?

13-06-2016 / 12:12

Məlumat verdiyimiz kimi, hər il ABŞ Dövlət Departamenti və AAAS ( Amerika Elmə Dəstək Assosiasiyası) tərəfindən Elm və Texnologiya üzrə Qlobal Sammit (GİST) keçirilir.

Belə ki, sammit çərçivəsində ən yaxşı innovativ ideyaların seçilməsi üçün müsabiqə elan edilir.

Bir müddət də öncə bildirdiyimiz kimi, Azərbaycanı bu müsabiqədə HealthBox adlı innovativ layihə ilə Leyla Tağızadə təmsil edirdi.

Belə ki, layihəmiz 102 layihə arasında 30 ən çox səs yığan layihə  sırasında GİST-in finalçısı oldu.

Xeberler.az-ın məlumatına görə, Leyla Tağızadə ölkəmizi təmsil etmək üçün 20-24 iyun tarixlərində ABŞ-ın Kaliforniya ştatında, Silikon Vadisində keçiriləcək qlobal sammitə dəvət alıb.

Belə ki, azərbaycanlı gənc həkim Leyla Tağızadənin səhiyyəyə aid HealthBox mobil tətbiqi ilə bağlı layihəsi Amerika Birləşmiş Ştatlarının Standford Universitetində təqdim olunacaq.

Leyla Tağızadə deyib ki, sammit başlamadan əvvəl finalçılar üçün təlimlər keçiriləcək.

Belə ki, təlimlərdə layihə rəhbələrinə investorlar qarşısında  təqdimat etmək, media ilə əlaqələrin qurulması istiqamətində məlumatlar veriləcək.

Buna görə də Leyla Tağızadə iyunun 17-si ABŞ-a səfər etməyi planlaşdırır.

Finalçılar sammit ərzində təşkil ediləcək  2 günlük sahibkarlıq təlimlərində mütəxəssislərdən  mentor dəstəyi ala biləcək. Bu sahədə  beynəlxalq ələqalərini gücləndirmək imkanı qazanacaq.

Qeyd edək ki, sözügedən sammitin açılışını hər il ABŞ prezidenti Barak Obama şəxsən özü elan edir. Finalçılar layihələrinin inkişafı ücün yaxşı investisiya mühiti əldə etmək, həmçinin qlobal elm, texnologiya sahəsində faydalı əlaqələr qurmaq imkanı əldə edəcək. Nəzərə alsaq ki, hər ölkədən sammitdə yalnız 1 layihə seçilir deməli ölkələr arasında rəqabətin güclü olacağı ehtimalı böyükdür.

Finalçılar həmçinin layihələrinin  investor və maraqlı tərəflərə təqdimatını edib, layihələri üçün ilkin mərhələ yatırımı da əldə etmək imkanı qazana biləcək.

Bundan əlavə, ölkəmizdən daha 3 nəfər də sammitdə iştirak edir.

Belə ki,  ölkəmizdə xanımlar üçün yaradılan WOWOMAN platformasının təsisçisi Zara Apetrei Hüseynova, nəqaliyyat vasitələrinin icarəyə platforması olan qlobal  Lendock  layihəsinin rəhbəri Ağahüseyn Əhmədov və Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Elektron İdarəçiliyin İnkişafı Şöbəsində baş məsləhətçi Şəbnəm Məmmədzadə də beynəlxalq sammitdə iştirak edəcək.

Qeyd edək ki, Şəbnəm Məmmədzadə həmçinin  ABŞ dövləti tərəfindən maliyyələşdirilən bir aylıq "Gənc Innovativ Liderlər" proqramında iştirak edir.

Həmyerlimiz bir neçə gündür ki, artıq ABŞ-dadır.

 

Məltəm Talıbzadə

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə