ABŞ Elon Musk-ın bu ideyasını da rəsmən təsdiqlədi

31-03-2018 / 12:52

ABŞ SpaceX-in öz peyklərində qlobal genişzolaqlı internet şəbəkəsinin qurulması ideyasını rəsmən təsdiqləyib.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, Elon Musk-ın kosmik şirkəti SpaceX minlərlə peyk ilə kosmosdan internet bağlantısı təmin etmək üçün icazə alıb.

ABŞ Federal Rabitə Komissiyası (FCC) peyklərin Yer kürəsində yerləşəcək peyklərin genişzoloqlı internet bağlantısı təmin etməsini təsdiqləyib.

FCC SpaceX-in 4.425 peyk ilə internet bağlantısı təmin edəcəyini paylaşıb.

Xatırladaq ki, FCC ötən ay SpaceX-in bu ideyasını dəstəkləmişdi. FCC hesab edir ki, fiber optik kabelin mümkün olmadığı yerlərə İnternet bağlantısı almaq üçün ən yaxşı yol məhz peyk texnologiyasıdır.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə