ABŞ sakinləri arasında smartfon və planşet sahiblərinin sayı məlum olub

31-10-2015 / 11:47

Pew Research Center mərkəzinin yeni hesabatına görə, ABŞ-ın yaşlı əhalisinin 68 faizi smartfon, 45 faizi planşet sahibidir.

Xeberler.az xarici mətbuata istinadən bildirir ki, otuz yaşadək həddi-buluğa çatan amerikalılar arasında masaüstü fərdi kompüterə sahib olma göstəricisi azaldığı halda smartfon sahiblərinin sayı artır. Bu yaş qrupundan olan ABŞ sakinlərinin 78 faizi noutbuk və ya fərdi kompüterə malikdir. 2010-cu ildə onların payı 88 faiz təşkil edib. Bununla bərabər, hazırda 18-29 yaşlı amerikalıların 86 faizi minimum 1 smartfon sahibidir.

Hesabatdan məlum olan digər nəticələr:

Yaşlı amerikalıların 73 faizi fərdi kompüterə və ya noutbuka malikdir. 2004-cü ildə bu rəqəm 71, 2012-ci ilə 80 faiz olub.

Yaşlı amerikalıların 40 faizi oyun konsolu işlədir; bir o qədər sayda respondent MP3-pleyer sahibidir.

Yaşlı amerikalıların 14 faizi portativ oyun qurğusuna malikdir. Eyni göstərici 2009-cu ildə qeydə alınıb.

Yaşlı amerikalıların 19 faizi elektron poçta malikdir. 2014-cü ildə onların payı 32 faiz təşkil edib.

Tədqiqatın nəticələri bu ilin martın 17-dən aprelin 12-dək 1907 yaşlı amerikalı (18 yaş və daha yuxarı) arasında keçirilən telefon sorğusunun məlumatlarına əsaslanır. Smartfonlarla bağlı məlumatlar bu ilin iyunun 10-dan iyulun 12-dək keçirilən telefon sorğusu nəticəsində əldə olunub. Bu seçimə eyni yaş qrupundan 2001 respondent daxildir.

 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.