ABŞ uçuşlarda noutbuk qadağasını ləğv edir

04-07-2017 / 11:42

Məlum olduğu kimi, ABŞ mart ayından etibarən Türkiyə daxil olmaqla, Orta Şərq və Afrikanın müəyyən ölkələrindən gələn uçuşlara noutbuk qadağası tətbiq edib.

Xeberler.az Türkiyə mediasına istinadən məlumat verir ki, ABŞ bu qadağanı ləğv etməyə başlayıb.

"Türk Hava Yolları"nın (THY)  icraçı direktoru (CEO) Bilal Ekşinin Twitter hesabından paylaşdığı məlumata görə, THY qadağanın iyulun 5-dən etibarən qüvvədən düşəcəyini təxmin edir.

Qeyd edək ki, bu gözləntiləri  ABŞ-ın  bir müddət öncə tətbiq etdiyi yeni tədbirlər də təsdiqləyir. Belə ki, yeni təhlükəsizlik tədbirlərinə görə, noutbuk və digər elektron cihazları da təyarədə daşımaq olacaq. Bildirilir ki, bu cihazlar uçuşdan əvvəl xüsusi nəzarətə alınacaq. Avadanlıqların partlama riski ciddi yoxlanılacaq.

Günel


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.