Abunəçinin telefon xətti nə zaman bağlana bilər ?-Problem

10-01-2018 / 12:42

Məlumat verdiyimiz kim, ötən il Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN), Bakı Telefon Rabitəsi (BTRİB) internet və İPTV xidmətləri üzrə “öncədən ödəmə” sisteminin tətbiqinə başladı.

Qeyd edildi ki, bundan sonra, BTRİB-in təqdim etdiyi internet və İPTV xidmətlərdən istifadə edən abunəçilərin debitor borcu yaranmayacaq.

Belə ki, sistem ilk yaradılanda BTRİB rəsmisi vurğuladı ki, bu məsələ ilə bağlı tez-tez  istifadəçilər problemlə qarşılaşır, sistem də onların işini asanlaşdırmağı nəzərdə tutur.

Qeyd edildi ki, bəzən istifadəçi iki aylıq məzuniyyəti ilə bağlı başqa bir yerə gedir. Əslində isifadəçi ilə operator arasındakı müqavilədə göstərilib ki, xidmətin dayandırılması üçün öncədən xəbərdarlıq edilməldir. Lakin bu məsələdə əksər vaxt problemlər yaşanır.

Belə ki, vətəndaş operatora xəbərdarlıq etmir və iki aylıq məzuniyyətdən qayıdanda baxır ki, 50-60 AZN borcu yaranıb. Bu da haqlı olaraq onların narazılıqına səbəb olur. Amma bu məsələdə eyni zamanda operatorun da haqlı səbəbi var. Çünki ona xəbərdarlıq edilməyib və o da xidmətin verilməsini dayandırmayıb. 

Xidmət də göstərilibsə, abunəçinin istifadə edib-etməməsi o qədər də önəm kəsb etmir. Nəticə etibariylə abunə haqqı ödənilməlidir.

BTRİB rəsmisi vurğuladı ki, bütün bu problemləri nəzərə alaraq belə bir sistem yaradılıb. Belə ki, artıq xidmət verilir, hər ayın 5-dən 5-nə qabaqcadan ödəniş edilir. Qabaqcadan ödəniş edilməzsə, ayın 6-da xidmətin verilməsi dayandırılır. Daha sonra abunəçi istəsə, 25 gün ərzində ödənişi həyata keçirib, xidməti akviləşdirə bilir.

Bu sistem adı çəkilən qurumlar tərəfindən vəsaitlərin daha tez toplanması, statistika və ümumi nəzarət baxımından çox faydalıdır.

Lakin son vaxtlar istifadəçilər sistemdən narazılığını bildirir. İT sektorunda yaxından tanıdığımız mütəxəssis Vahid Qasımov da bununla bağlı problemlə qarşılaşıb.

Vahid Qasımov deyir ki, ötən gün günorta xəbər alıb ki, şəhər telefonu bağlıdır. BTRİB-in Qaynar Xətt xidmətinə zəng edib, ona məlumat verilib ki, yanvar ayına görə 2.5 manat borcu olduğuna görə, telefonu bir tərəfli olaraq bağlanıb, borc ödənilən kimi açılacaq.

O, ödənişi etsə də telefon xətti aktiv edilməyib.

Eyni zamanda məlum olub ki, müqavilədə göstərildiyi kimi, “öncədən ödəmə” sisteminə görə istehlakçılar hər ayın 5-dək telefon borcunu öncədən ödəməlidir.

Dünəndən telefon xəttinin abunəçiyə xəbərdarlıq edilmədən kəsilməsi sosial mediada ekspertlər arasında ciddi müzakirəyə səbəb olub. Abunəçilər də düşünür ki, bu, onların hüquqlarını pozur.

Əslində necə olmalıdır? BTRİB-in bu fəaliyyəti qanun çərçivəsində tətbiq edilir, yoxsa abunəçi hüquqları həqiqətən də pozulur?

Ekspertlər sistemin özünü yüksək qiymətləndirir. Onlar da təsdiq edir ki, “öncədən ödəmə" sistemi BTRİB və digər qurumların fəaliyyətinin daha çevik və effektiv qurulması məqsədilə yaradılıb.

Bununla belə ekspertlər vurğulayırlar ki, bu qurumların hansısa təlimatları, informasiya sistemləri qanundan, Nazirlər Kabineti qərarlarından, NRYTN qərarlarından üstün ola bilməz.

Qeyd edilir ki, bu sənədlərlə müəyyən olunan hansısa ciddi əsaslar olmadan, xəbərdarlıq edilmədən telefon xəttini bağlamaq qanuna ziddir.

Onlar “İnformasiya əldə edilməsi haqqında Qanun” un 29 maddəsinə istinadla bildirir ki, telefon rabitəsindən istiadə qaydaları, müqavilə formalaraı açıqlanması məcburi informasiyaların siyahısına daxildir və vətəndaşların sorğusundan asılı olmayaraq məcburən açıqlanmalıdır.

Ekpsertlər qeyd edir ki, söhbət cari aydan gedirsə, bu ayın 25-i olmadan, aylıq abunə haqqına görə xəbərdarlıq etmədən xətti bağlamaq qanunsuzdur.

 Məltəm Talıbzadə

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.