Acer-dən yeni Windows 7-li 3D notebook

27-10-2009 / 08:34

Acer-in üç ölçülü dizüstü kompüteri xüsusi eynəkləri ilə birlikdə satışa çıxarılıb.Acer öz məharətini Windows 7 ilə birgə göstərir.

Windows 7 yalnız istifadəçilər üçün deyil, istehsalçılar üçün də olduqca əhəmiyyətlidir. İstehsalçılar da Microsoft-un yeni əməliyyat sisteminin təqdim etdiyi imkanların köməyi ilə öz fərqli bacarıqlarını nümayiş etdirmək istəyirlər.

Bu mövzuda Acer də əhəmiyyətli bir addım atmağa və üç ölçülü görünüş dəstəkli yeni dizüstü kompüteri Acer 5738DG-ni bazara çıxartmağa hazırlaşır. Acer-in 15,6 düymlük ekranlı yeni dizüstü kompüteri, TriDef adlı firmanın xüsusi proqram və təchizat xüsusiyyətləri sayəsində istifadəçilərə üç ölçülü görünüş keyfiyyəti təqdim edir.

İstifadəçilər Acer 5738DG ilə gündəlik proqramlarını hər zamanki kimi iki ölçülü olaraq istifadə edəcəklər. Bundan əlavə dizüstü kompüter ilə birlikdə verilən xüsusi eynəklə film və oyunları üçölçülü izləyə biləcək və oynaya biləcəklər. Acer 5738DG hələki ABŞ-da satışa təqdim edilib. Firma səlahiyyətliləri beynəlxalq satış üçün hər hansı bir planın olmadığını qeyd ediblər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə