Açıq Məlumat Bazaları haqqında qanun layihəsinin hazırlanması təklif olunur

18-01-2017 / 14:10

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şura tərəfindən Açıq Məlumat Bazaları ilə bağlı Təkliflər hazırlanıb.

İctimai Şuradan Xeberler.az-a verilən məlumata görə, təkliflər Açıq Məlumat Bazalarının tənzimlənməsi, dövlət orqanları tərəfindən göstərilən xidmətlərin daha effektiv formada əldə edilməsi və Açıq Hökümət təşəbbüsünün inkişaf etdirilməsi məqsədilə hazırlanıb.

İctimai Şuranın Təkliflərində Açıq Məlumat Bazaları haqqında qanun layihəsinin hazırlanması, Açıq Məlumat Bazalarının siyahılarının hazırlanması və təsdiq edilməsi, Açıq Məlumat Bazalarının standartlarının hazırlanması və bu istiqamətdə metodiki işlərin görülməsi öz əksini tapıb.

Təkliflər həmçinin RYTN Məlumat Hesablama Mərkəzi tərəfindən hazırlanan Açıq Məlumat Portalı – DATA.GOV.AZ Portalına Açıq Məlumat Bazalarının yerləşdirilməsi prosesini sürətləndirməyi nəzərdə tutur.

Qeyd edilib ki, portalda yerləşən və yenidən emal edilmək üçün hazır olan açıq bazalar əsasında innovativ texnologiyalardan istifadə edilməklə dövlət xidmətlərinin göstərilməsi məqsədilə mobil tətbiqlərin hazırlanması sürətlənəcək. Bununla da vətəndaş- hökumət münasibətləri daha effektiv formada inkişaf edəcək.

Təkliflər İctimai Şuranın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri ilə birgə ötən il, dekabrın 21-də keçirilmiş toplantısında irəli sürülən rəylər və İctimai Şura tərəfindən bu istiqamətdə aparılan araşdırmalar əsasında hazırlanıb.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə