Adobe-dan yenilik

19-09-2008 / 17:20
Adobe Systems şirkəti Flash formatında videomaterialları  konversiya etmək üçün yeni proqram anons edib.
Rəsmi təqdimatı cari ilin sonuna qədər olacaq məhsul, Adobe Flash Media Encoding Server adını alıb və Windows Media, eləcə də, digər formatların istifadəçilərinə Adobe platformasına miqrasiyanı sadələşdirmək imkanı verir.Yeni proqram güclü veb-yükləmələrlə işləmə imkanı yaradan Microsoft Silverlight texnologiyasını sıxışdırır. Adobe Flash Media Encoding Server köməyi ilə təqdim olunan WMW, MPEG-4 və H.264 videofaylları Flash-də ifa olunmaq üçün FLV və ya F4V formatlarına çevriləcək. Bununla yanaşı, təkrar üzərində işləmə, səslənməni normallaşdıracaq, rəng ötürməni düzəldəcək və əgər tələb olunarsa, təsvirə kəskinlik verəcək.
Çevrilmiş məhsul, Windows-sistemdə Flash Media Server-lə yanaşı, digər veb-serverlərlə də uyğunluq təşkil edir. Konversiya Rhozet texnologiyası əsasında həyata keçir.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə