Adobe Flash platformasının dəstəklənməsi nə vaxt dayandırılır?

26-07-2017 / 13:34

Son bir neçə il ərzində Adobe Flash multimedia platformasının dəstəklənməsinin dayandırılacağı barədə çoxlu söhbətlər aparılıb. Brauzer tərtibatçıları tədricən texnologiyadan imtina edərək mükəmməl və resursdan az asılı HTML5 texnologiyasına keçməyə başlayıblar.

Xeberler.az NRYTN-in elektron xəbər ximətinə istinadən məlumat  verir ki,  Google şirkəti ötən ilin sonundan Flash-dən HTML5 texnologiyasına keçib.

Microsoft, Mozilla və Apple şirkətləri də ondan imtina edib. Nəhayət, Flash tərtibatçısı Adobe şirkəti tezliklə plaginin fəaliyyətinin dayandırılacağını rəsmən açıqlayıb.   
 
Adobe şirkəti Flash texnologiyasının dəstəklənməsini 2020-ci ildə tam dayandırmaq niyyətindədir. O vaxtadək şirkət Apple, Mozilla, Microsoft və Google brauzerlərində yeniləmələr təklif etmək və yeni Safari, Edge, Firefox və Chrome versiyalarını dəstəkləmək üçün onlarla əməkdaşlığı davam etdirəcək. Lakin plagin üçün yeni funksiyaların buraxılışı gözlənilmir.
 
Məlumata görə, Microsoft korporasiyası Flash-i 2019-cu ilin ortalarında və sonunda Edge və Internet Explorer brauzerlərində avtomatik plagin kimi söndürməyi planlaşdırmasını elan edib. Həmçinin, ABŞ korporasiyası 2020-ci ilədək bütün dəstəklənən Windows versiyalarında Flash-in tam ləğvini nəzərdə tutur.  
 
Google şirkəti növbəti bir neçə il ərzində Flash-dən imtinanı davam etdirəcək. Mozilla növbəti ay Firefox istifadəçilərinə hansı saytların Flash plaginindən istifadə edəcəyini dəqiqləşdirmək üçün seçim imkanı verərək onlara Flash-dən 2020-ci ilədək yararlanmaq üçün genişləndirilmiş Firefox dəstəklənməsini təklif edəcək. Bundan başqa, Apple şirkəti 2020-ci ilədək Safari brauzerində plaginin dəstəklənməsini planlaşdırır.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə