Adobe Premiere Elements və Photoshop Elements 7.0 versiyaları buraxılıb

28-08-2008 / 10:55

Adobe şirkəti rəqəmli foto və videoların üzərində işləmək üçün Adobe Premiere Elements və Photoshop Elements 7.0 versiyalarını buraxıb. Proqramları ayrılıqda və ya birlikdə - bir bağlamada əldə etmək mümkündür. Bu proqram istifadəçilərinin  Photoshop.com resursuna çıxışı olacaq. Buradan onlar şablonlar yükləyə, faydalı məsləhətlər və dərslər ala bilərlər. Bundan əlavə, ehtiyat üçün Adobe serverinə məlumatların surətini avtomatik köçürmək, mobil telefondan fotoları yükləmək, öz şəkillərinə və video onlaynlara çıxış etmək olar.
Adobe Photoshop Elements 7 –nin yenilikləri arasında seçilmiş təsvirlərə effektlər qoyan Smart Brush alətini görmək olar. Scene Cleaner  alətinin köməyi ilə fotoşəkillərdən arzuolunmaz obyektləri silmək olar.
Proqrama kliplərin axtarışı zamanı videoların yüklənməsi üçün avtomatik nişanların peyda olması imkanını verən AVCHD formatı əlavə olunub. Yeni InstantMovie seçənəyi isə hazır mətnlərə tez video qoymaq üçün istifadə olunur. Videomerge –in köməyilə videomontaj zamanı personajları bir klipdən digərinə yerləşdirmək mümkündür.


 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə