AGBank daxili əməliyyat sistemini yeniləyib

31-03-2016 / 18:08

Bank daxili əməliyyat sistemini (T24) yeniləyərək sistemin yeni proqram versiyasını tətbiq edib.

Bank mütəxəssisləri T2 proqramını daha proqressiv və innovativ etmək məqsədi ilə ötən ilin sentyabr ayından bu günə qədər yeni versiya üzərində çalışaraq uğurlu nəticələrə nail olub.

Şirkətdən Xeberler.az-a  verilən məlumata görə, bu gün AGBank proqramın yenilənmiş Reliz 15 versiyasını istifadəyə verib. Üstün imkanlar və funksiyalar təklif edən yenilənmiş versiya gələcəkdə aparılacaq əməliyyatların daha təkmil səviyyədə həyata keçirilməsinə xidmət edəcəkdir. Proqramın ərsəyə gəlməsində 33 mütəxəssis iştirak edib.

Onu da qeyd edək ki, bütün MDB və Baltikyanı ölkələr arasında bu yeni versiya ilk dəfə Azərbaycanda, AGBank-da tətbiq olunub. 

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə