Ağıllı lampalar rəngini dəyişəcək və smartfonla idarə olunacaq

03-11-2015 / 22:08

Ağıllı ev kateqoriyasından olan qurğular getdikcə bazarda üstünlük təşkil edir. Bu devayslara şəbəkəyə qoşulan və ya mobil qurğudan distant idarəetməyə malik olan istənilən məişət əşyasını aid etmək olar.

Xeberler.az-ın xarici mətbuata istinadən məlumatına görə, ağıllı MIPOW Smart LED lampası məsafədən idarəetmə üçün Bluetooth-un mövcudluğu, uzun müddət xidmət göstərən işıq diodu və rəngini dəyişmə imkanlarına malik olması ilə fərqlənir.

Yeni ağıllı lampanın əsas üstünlüyü onun 16 milyon rəng çaları diapazonunda rəngini dəyişə bilməsindədir. Lampanın içərisində 10 Vt gücünə malik işıq diodu, işıqlandırmanın parlaqlığı və rəngini seçməyə imkan verən 4 rəngli diod vardır. Bundan əlavə, lampa standart E27 sokoluna (elektrik lampasının patrona taxılan metal hissəsi) malikdir, buna görə də evdə olan istənilən lampaya uyğun gələcək.

Lampanı idarə etmək üçün Android və iOS əməliyyat sistemli smartfon və planşetdən, ona qoşulmaq üçün isə “Bluetooth 4.0”dan istifadə etmək lazımdır. Playbulb proqramının köməyilə nəinki rəngi dəyişmək, həm də lampanın parlaqlığını tənzimləmək, qurğunun yandırma və söndürmə vaxtını təyin etmək mümkündür.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə