Ağıllı piyada keçidi -Video

12-10-2017 / 15:44

İngiltərənin Direct Line sığorta şirkəti ağıllı piyada keçidini təqdim edib.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, yeni texnologiya yollarda təhlükəsizliyi əhəmiyyətli dərəcədə yüksəldə biləcək.

Ağıllı keçid piyadanı aşkar edərək sürücüyə təhlükə haqqında xəbərdarlıq edən bir neçə sensordan ibarətdir. O, həm də piyadalara yaxınlaşan nəqliyyat vasitələri haqqında məlumat verir.

İşıq diodları ilə təchiz edilmiş piyada keçidi bir neçə rejimdə işləyir. Yolda nəqliyyat vasitəsi olmadıqda keçiddə avtomatik olaraq yaşıl işıq yanır. Keçidin uzunluğu 22 metr təşkil edir, lakin daha çox piyada yolu keçdikdə o, eninə genişlənir.

Sistem, həmçinin qaranlıqda sürücüyə xəbərdarlıq etmək üçün piyadaların üzərinə işıq salır. Nəqliyyat vasitəsi yaxınlaşan zaman keçidin qırmızı işığı yanır. Bundan başqa, piyada yol hərəkəti qaydalarını pozaraq yolu keçmək istədikdə keçiddə yaşıl işıq qırmızı ilə əvəzlənir. Məsələn, piyada keçiddən kənara çıxarsa, sistem sürücünü təhlükə haqqında məlumatlandıracaq.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə