Ağıllı skamyalar

03-10-2017 / 12:04

Tanınmış avtomobil şirkəti Ford Strawberry Energy startapı ilə birlikdə ağıllı şəhər üçün ağıllı skamyalar – Ford Smart Benches layihəsini hazırlayıb.

Xeberler.az ict.az-a istinadən məlumat verir ki,  bu skamyalar piyadalara simsiz İnternetdən istifadə və elektron qurğuları enerji ilə doldurmaq imkanı verəcək.

Yalnız London küçələrində quraşdırılacaq skamyalar günəş batareyaları ilə işləyəcək və onlardan istifadə tamamilə ödənişsiz olacaq. Ağıllı skamyalar, həmçinin havanın temperaturu və rütubətliyini ölçə, atmosferdə karbon qazının konsentrasiya səviyyəsi barədə məlumat verə biləcək. Bu məlumatlar hökumət orqanları, alim və piyadalar üçün faydalı olacaq.

Ford Smart Benches-in köməyilə Britaniyanın xeyriyyə təşkilatlarına ianə göndərmək mümkün olacaq. “Ağıllı” skamyalar vasitəsilə toplanmış vəsait Ford Motor Company Fund xeyriyyə fondu tərəfindən iki dəfə artırılacaq.

Qeyd edək ki, Londonda artıq 20 ağıllı skamya quraşdırılıb və layihənin birinci mərhələsində daha 20 yeni Ford Smart Bench quraşdırılacaq.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə