Ağıllı yorğan-Video

08-12-2016 / 15:27

Kanadalı mütəxəssislərin növbəti layihəsi çarpayının üzərinin örtülməsi prosesini asanlaşdırmağı nəzərdə tutur.

Xeberler.az xarici mediaya istinadən məlumat  verir ki,  onların Smartduvet adlı ixtirası istənilən yorğan üçün nəzərdə tutulmuş xüsusi struktur təqdim edir ki, bu da çarpayının üzərini avtomatik örtməyə imkan verir.  

Smartduvet dəsti yeşik formasında kiçik nasos, o cümlədən yorğan və yorğanağının arasında yerləşdirilmiş qəfəs şəklində strukturdan ibarətdir.

Kiçik boru yorğanın içi boş olan konstruksiyası ilə nasosu birləşdirir. Bunun sayəsində, nasosun işi zamanı Smartduvet yorğanın daxilində şişir və çarpayının üzərini avtomatik örtür.

Qeyd edək ki, hazırda ağıllı  yorğan Kickstarter platformasında maliyələşdirmə mərhələsindədir. Onun ilkin satış qiyməti 290 dollar civarında olacaq.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə