Ağlaya bilən robot-Video

12-01-2018 / 12:56

Honda şirkəti CES 2018 istehlak elektronikası sərgisində gülümsəyə, ağlaya və ya mürgüləyə bilən robotunu təqdim edib.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, X3E-A18 robotu insanlarla, xüsusilə uşaqlarla qarşılıqlı əlaqə üçün nəzərdə tutulub.

Onun rəqəmsal sifəti müxtəlif ifadələri, o cümlədən qəzəb və həyəcanı göstərə bilir.

Yumşaq rezin tekstura ilə örtülmüş robot bir təkər üzərində hərəkət edir. Şirkət nümayəndələri ondan hava limanları və ticarət mərkəzlərində istifadə etməyin mümkün olacağını bildiriblər. 3E-A18 emosiyaları ifadə etməklə yanaşı, həm də insan emosiyalarını tanıyır.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə