Ağzımızın dadı milli saytlarımızda

30-04-2015 / 14:03

Azərbaycan mətbəxi dünyanın qədim, zəngin və dadlı mətbəxlərindən biridir. Mətbəximiz təkcə xörəklərdən, onların hazırlanma texnologiyasından ibarət deyil, həm də maddi mədəniyyətimizin əsas hissələrindən biridir.

Xəbərlər “Milli Saytlar” rubrikası çərçivəsində Azərbaycan mətbəxinə aid milli yemək resurslarımız haqda məlumatı təqdim edir.

Resept.az saytında çox sayda maraqlı, sadə və əlçatan reseptlər, yeməklərin bəzədilməsi ideyaları və s. məlumatları tapa bilərsiniz.

Dadlı.az saytında milli bölgə yeməkləri, habelə dünya mətbəxinin inciləri ilə geniş formada tanış ola bilərsiniz. Saytda məhsullara, bölgələrə, reseptin neçə nəfərlik olması və hazırlanma müddətinə görə axtarış sistemi mövcuddur.

Reseptler.com saytında şirniyyat, ət yeməkləri, içki reseptləri, xəmir xörəkləri, pizzalar və s. ilə yanaşı gürcü, türk mətbəxinə aid yeməklərin reseptlərini öyrənə bilərsiniz.

Leziz.ru kulinariya saytında istədiyiniz yemək reseptləri, Azərbaycan mətbəxi, foto reseptlər, mürəbbələr, qəlyənaltılar, şorbaların hazırlanma qaydası ilə tanış ola bilərsiniz.

Metbex.net saytında müxtəlif növ şirniyyat, salat, plov, kabab, şorba və s. ilə yanaşı tərəvəzlər, mətbəx işləri haqqında faydalı məlumatlar əldə edə bilərsiniz.

Azerifood.com saytında Azərbaycan mətbəxinə aid xəmir xörəkləri, duru xörəklər, plovlar, şərbətlər, içkilər, mürəbbələr, kabab reseptləri ilə tanış ola bilərsiniz.

Yemekresepti.blogspot.com saytında Azərbaycan mətbəxinə aid müxtəlif növdə dolma, qovurma, toyuq yeməkləri və s. ilə yanaşı digər xalqların mətbəxindən nümunələr də görə bilərsiniz.

azerbaycanmetbexi.over-blog.com saytında Azərbaycan mətbəxinə məxsus müxtəlif cür yeməklər, salatlar, şirniyyatlar, onların hazırlanma qaydası ilə maraqlana bilərsiniz. Qeyd edək ki, yemək növlərinin hazırlanma prosesi şəkillər vasitəsilə də saytda yerləşdirilib.

Qarabagh.net saytında Azərbaycan kulinariya mədəniyyətinin ilk ocaqlarından biri olan Qarabağ mətbəxinə dair qoyun və mal ətindən qovurma, dəvli, dolma, yəxni, bozbaş, xaş, kəlləpaça, saciçi, cız-bız, şorbalar və müxtəlif plovların reseptini əldə edə bilərsiniz.

azerbaijans.com saytının mətbəx bölməsində ölkəmiz haqqında maraqlı, tarixi məlumatlarla yanaşı milli mətbəximizin yemək reseptləri (kabablar, çörəklər, xəmir yeməkləri, şirniyyatlar, salatlar, dolma və s.) yerləşdirilib.

azerbaijan.travel/az saytında küftə-bozbaş, dolma, tərəvəz bitkilərinin yeməkləri və s. ilə yanaşı müxtəlif növ içkilərin hazırlanma reseptləri vardır.

azcookbook.com saytının reseptlər bölməsi “növünə görə reseptlər”, “aylıq arxiv”, “fotoqalereya” kimi 3 yerə bölünüb. Burada Azərbaycanla bərabər digər xalqların mətbəxinə aid yemək reseptləri verilib.

tasty.az saytında Bakı paxlavası, paxlalı şüyüd plov, şorqoğal, ləvəngi, corat qutabı və s. kimi Azərbaycan yeməkləri ilə yanaşı dünya mətbəxindən reseptlər də yerləşdirilib.

mct.gov.az saytının mədəniyyət və incəsənət bölməsində“Azərbaycan mətbəxi” hissəsi verilib. Burada undan hazırlanan xörəklər, salatlar, qəlyənaltılar, şirniyyat, dolmalar, şorbalar, həlimlər, şərbətlər, içkilər, balıq xörəkləri, sirkəyə və duza qoyulmuş məhsulların reseptlərini öyrənə bilərsiniz.

metbexdenxeberler.com saytında balıq və dəniz məhsulları, plov, tərəvəz yeməkləri, halva, südlü şirniyyat, marmelad, kabab, quru paxla, zeytun yağlı yemək, kanepe və çörək, xəmir şirniyyatları, turşu, dolma, pizza və s. kimi reseptlər yerləşdirilib.

zaqatalayemekleri.blogspot.com saytında Azərbaycanın dilbər guşələrindən biri olan Zaqatalanın mətbəxinə aid yemek reseptləri verilib. Maxara, ət girsi, quru ət(qaxac) və s. kimi yeməklərin reseptləri və hazırlanma qaydası ilə bu saytda tanış ola bilərsiniz.

1001dad.com saytında təkcə Azərbaycan deyil, digər dövlətlərin mətbəxinə aid nümunələr verilib. Fıstıqlı əzmə, limonlu su, Təbriz küftəsi, ispanaqlı sarma, alma çayı, küncütlü soya souslu toyuq, tas kababı, buzlu çay kimi mətbəx sirlərinə bu saytda yiyələnə bilərsiniz.

tovuzlular.com saytında Azərbaycanın səfalı bölgələrindən olan Tovuz mətbəxinə aid xaşıl, sini xəngəl, yarpaq dolması, cız-bız, kələm dolması və s. kimi yemək reseptləri verilib.

reseptlerim.com saytında dolmalar, salat və qəlyənaltılar, toyuq yeməkləri, ət yeməkləri, xəmir işləri və s. haqda reseptlər yerləşdirilib.

 

Ruhəngiz Muradova

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə