AIF Azərbaycan İnternetinin inkişaf istiqamətlərinin müzakirəsini keçirir

29-10-2012 / 11:17

Azərbaycan İnternet Forumunun (AİF) təşkilatçılığı ilə  oktyabrın 31-də Park INN otelində Azərbaycan İnternet İdarəçiliyi Forumu mövzusunda Milli Konfrans keçiriləcək. Milli Konfrans IREX Azərbaycan tərəfindən dəstəklənir.

Konfransın məqsədi 6-9 noyabr tarixlərində Bakı şəhərində keçiriləcək beynəlxalq İnternet İdarəçiliyi Forumu (IGF/Internet Governance Forum) ərəfəsində milli İnternet infrastrukturun vəziyyəti ilə bağlı maraqlı tərəflərin iştirakı ilə müzakirələr aparmaqdır.

Milli Konfransda Azərbaycanda İnternetin inkişafı üçün zəruri olan məsələlərin müəyyən edilməsi və həlli yolları ətrafında müzakirələr nəzərdə tutulub.
Milli Konfrans İnternet idarəçiliyi, İnformasiya təhlükəsizliyi və yeni media  mövzuları üzrə  üç sessiyadan ibarət olacaq.

İnternetə əlçatımlıq, onlayn şəffaflıq  və İnformasiya təhlükəsizliyi Azərbaycan İnterneti üçün daha aktual olduğundan bu istiqamətdə  ciddi müzakirələrin aparılması nəzərdə tutulur. Dövlət strukturları, özəl sektor və vətəndaş cəmiyyətini təmsil edən ekspertlərin və mütəxəssislərin müxtəlif sessiyalarda çıxışları nəzərdə tutulub.

Milli Konfransda  Azərbaycan İnternetinin gələcək inkişaf istiqamətləri üzrə dövlət, özəl və vətəndaş cəmiyyəti qurumlarının, beynəlxalq təşkilatların iştirakı ilə müzakirələrin aparılması, onların aradan qaldırılması yollarının müvafiq qurumlara və geniş ictimaiyyətə çatdırılması nəzərdə tutulub.

AİF 5 - 9 noyabr tarixlərdə Bakı şəhərində keçiriləcək mühüm əhəmiyyətli  Beynəlxalq İnternet İdarəçili Forumu (İGF) ərəfəsində Milli Konfransın keçirilməsinin  Azərbaycan İnternetinin inkişafı istiqamətində bütün maraqlı tərəflərin səylərinin gücləndirilməsi üçün bir təkan olacağını düşünür.

AİF bir müddət öncə beynəlxalq  İGF tədbiri ilə bağlı ölkənin bütün maraqlı tərəfləri üçün Müraciət də qəbul edib.

 

ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR




sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.