AİF internetdə yaranan problemə münasibət bildirib

17-04-2017 / 16:54

Məlumat verdiyimiz kimi, bu gün Azercell-in xidmətində  problemlər yaranıb.

Belə ki, telekommunikasiya şəbəkəsindən istifadə edən bəzi nömrələrdə internet xidmətinin istifadəsində çətinliklər yaşanıb.

Məsələ ilə bağlı Azərbaycan İnternet Formu da açıqlama yayıb.

Xeberler.az-ın məlumatına görə, AİF-in açıqlamasında deyilir ki, Azercell –in mobil internet xidmətlərində bir neçə saatdır ki, ciddi problem yaranıb. Qeyd edilib ki, mobil internetlə əlaqəli olan xidmətlərin əldə edilməsində və bir sıra əməliyyatların aparılmasında da problemlər var. Azercell-in öz saytının da fəaliyyətində problemlər müşahidə olunur.

Forum hesab edir ki, milyonlarla müştərisi olan qurumun internet xidmətinin, xüsusilə də üzərində xeyli sayda xidmətlər fəaliyyət göstərən mobil internet xidmətinin kəsilməsi xoşagələn hal deyil:

“Azercell şirkəti bunu təkmilləşdirmə işlərinin aparılması ilə izah edib. Adətən ciddi şirkətlər təkmilləşdrimə işlərinə qabaqcadan hazırlıqlar aparır. Qabaqcadan bu sahə ilə əlaqəli əməkdaşlara ciddi məlumatalar verilir. Bu tip işlər üçün adətən əməkdaşlar gecə növbəsində işə çağrılır və müvafiq təkmilləşdirmələr qeyri-iş saatlarında davam etdirilir. Bütün yenilənmə işlərini də ciddi şirkətlər bu qaydaya riayət etməklə aparırlar. Milyonlarla müştərisi olan qurumun internet xidmətinin, xüsusilə də üzərində xeyli sayda xidmətlər fəaliyyət göstərən mobil internet xidmətinin kəsilməsi xoşagələn hal deyil. Baş verənlər istifadəçilər və müştərilərin informasiya azadlığının və sahibkarlıq fəaliyyətinin gerçəkləşdirilməsində ciddi əngəllər yaradıb. Düşünürkü ki, bütün bunlar milyonlarla müştərisi olan qurum üçün ciddi məsuliyyət yaradır”.

Azərbaycan İnternet Formu qeyd edir ki, Azercell -in baş verənlərlə bağlı istifadəçilərə doğru-dürüst məlumat verməsi, üzrxahlıq etməsi, bu cür halların təkrarlanması ilə bağlı açıqlamalar verməsi daha doğru yanaşma olardı:

“Eyni zamanda baş verənlərin ölkənin informasiya təhlükəsizliyi ilə birbaşa bağlı olmasını da nəzərə alaraq, tənzimləyici qurum olan Nəqliyyat , Rabitə və İnformasiya Texnologiyaları Nazirliyini də baş verənlərlə bağlı rəsmi açıqlama verməsini vacib hesab edirik”.

Xeberler.az

 

 

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.