AİF milli domenlərin qeydiyyatı ilə bağlı nazirə müraciət edib

11-06-2018 / 15:43
Azərbaycan İnternet Formu(AİF) Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadəyə müraciət məktubu göndərib.
 
Xeberler.az bildirir ki, müraciətdə beynəlxalq normalarla yanaşı yerli qanunvericiliyin tələblərinə cavab verməyən milli domenlərin ( .az domeninin) qeydiyyatının tənzimlənməsi məsələsinə toxunulub.
 
Milli domenlərin qeydiyyatını tənzimləmək üçün indiyədək Qanunvericilikdə nəzərdə tutulan qaydada qeydiyyat qurumunun yaradılmaması bildirilib.
 
AİF bildirib ki, milli domenlərin qeydiyyatı ilə bağlı əlaqədar qurumların iştirakı ilə kollegial qurum formalaşdırılmalı, qeydiyyat Qaydaları hazırlanmalı və müstəqil Qeydiyyatçılar müəyyən edilməlidir. Lakin indiyədək  dəfələrlə bununla bağlı təkliflər irəli sürülsə də  bu problemin həll olunmayıb.
 
Müraciətdə qeyd edilib ki, indi tətbiq olunan Qaydalar İnTrans sirkəti tərəfindən hazırlanıb və Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyib
 
Beynəlxalq statistikaya görə əhalisinin sayı ilə müqayisədə Azərbaycanın  milli domen istifadəçilərinin, həm də elə müstəqil milli registrantların ən az olduğu ölkələr siyahısına daxil olduğunu vurğulayan AİF bu məsələnin həm də informasiya təhlükəsizliyi üçün də təhdid olduğunu diqqətə çatdırıb.
 
AİF uzun müddətdən bəri həllini tapmayan problemin qanunvericiliyə uyğun olaraq tənzimlənməsi üçün tədbirlər görməyi nazirdən xahiş edib.

Xeberler.az

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.