AİF üzvləri ICANN rəhbərliyi ilə görüşüb

08-11-2012 / 17:02

AİF İdarə Heyətinin üzvləri İCANN Direktorlar Şurasının üzvləri  və Regional menecerləri ilə görüş keçiriblər. Görüşdə İCANN tərəfdən İGF 2012 Forumunda iştirak edən rəsmi nümayəndələr iştirak edib.

Görüşdə Azərbaycan İnternetinin mövcud vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb. AİF üzvləri  son dövrlərdə Azərbaycan İnternetinin xeyli inkişaf yolu keçdiyini diqqətə çatdrııblar. Həmçinin milli İnternet seqmentinin inkişafını əngəlləyən problemlərə də toxunulub.

Xüsusilə də .az  domeninin qeydiyyatı sahəsində ciddi problemlərin olması və bunların aradan qaldırılması ilə bağlı İCANN tərəfindən diqqət yetirilməsinin vacibliyi vurğulanıb.

Görüşdə AİF-in gələcəkdə İCANN –la və digər  beynəlxalq İnternet qurumları ilə  əməkdaşlıq məsələləri müzakirə olunub.

AİF bildirir ki, bundan öncə AİF rəhbərliyinin İGF2012 tədbirinə qatılan, nüfuzlu beynəlxalq İnternet qurumu hesab olunan İSOC rəhbərliyi ilə də görüşü keçirilib.

 

ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.