Ailə NET internetin sürətini artırır

13-05-2015 / 10:57

İnternet provayder Ailə NET may ayının 15-dən  minimum internet qoşulmanın sürətini 8 mb/s-ə qaldırır.

Bu barədə Xeberler.az-a  “Caspian Telecom”-un  mətbuat xidmətindən məlumat veriblər.

Bildirilib ki,  bu zaman aylıq abunə haqqları dəyişməz qalacaq.

Məlumata görə, avqust ayının 15-dək qüvvədə olacaq yay kompaniyasının şərtlərinə əsasən Ailə NET abunəçiləri 5 mbit/s əvəzinə 8 Mbit/s-dən 12 Mbit/s-dək yüksək sürətli fiber-optik internet xidmətindən istifadə edəcəklər.

Hər gün saat 09:00-dan 01:00-dək abunəçilərə 8 Mbit/s, saat 01:00-dan 09:00-dək isə 12 Mbit/s sürətli internet xidməti təqdim olunacaq.

Qeyd edək ki,  kompaniyadan həm mövcud həm də yeni qoşulan abunəçilər faydalana bilərlər.

Xüsusi tariflərə əsasən Ailə TV abunəçiləri, kampaniya müddəti ərzində təqdim olunacaq 8 - 12 Mb/s internetə görə aylıq 13 AZN ödəyəcəklər.

Analoji olaraq, 6; 8; və 10 Mbit/s tarif planlarının abunəçiləri 6 Mbit/s əvəzinə – 9-12 Mbit/s, 8 Mbit/s əvəzinə – 10-12 Mbit/s, 10 mbit/s əvəzinə – 12-12 Mbit/s  sürətli internet xidmətindən istifadə edə biləcəklər.

Məltəm Talıbzadə

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə