Ailə TV-dən sərfəli yenilik

10-05-2017 / 12:34

İndi Ailə TV-nin İPTV xidmətinə qoşulmaq daha sərfəlidir. Belə ki, 6 ayın abunə haqqını (60 azn) öncədən ödəməklə yeni və daha güclü Ailə TV Player cihazını pulsuz əldəcəksiniz.

Bu barədə Xeberler.az-a şirkətdən məlumat verilib.

Ailə TV-nin yenilənmiş İPTV xidməti artıq sadəcə kabelsiz və antensiz 200 TV kanal deyil, həm də bir çox əlavə üstünlüklər deməkdir. Bura 50 000-dən çox film bazasına malik, daim yenilənən Ailə Cinema online kinoteatrı və istənilən televizoru Smart edəcək Youtube, Facebook, Skype və s. tətbiqlər daxildir.

Ailə TV -nin İPTV xidmətindən 2 Mbit/s və üzəri internet olan dünyanın istənilən yerində istifadə mümkündür. Xidmətə qoşulmaq üçün Ailə TV Player cihazını televizora qoşmaq yetər.

İlkin qoşulma zamanı yeni abunəçilər ekrandaca qeydiyyatdan keçməlidirlər. SMS vasitəsilə qeydiyyatı təsdiq etdikdən sonra ilk 6 ay bütün bu imkanlardan rahat istifadə edəcəklər. Daha sonra isə aylıq abunə haqqı 10 azn təşkil edir.

Ətraflı məlumat üçün 24 saat xidmət göstərən (012) 920 çağrı mərkəzinə zəng etmək mümkündür.

Xeberler.az

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə