Ailə TV HD telekanalları əsas TV-paketə daxil etdi

19-04-2016 / 15:12

Rəqəmsal yayıma keçidin stimullaşdırılması məqsədilə Ailə TV  kabel televiziyası növbəti kampaniyaya başlayıb.

Şirkətdən Xeberler.az-a verilən məlumata  görə, indi Ailə TV Rəqəmsal yayım abunəçiləri 10-u HD olan, 110-dan çox telekanal izləmə imkanı əldə edəcək.

HD telekanalları izləmək üçün abunəçilərin öz resiverlərindən avtoaxtarış etmələri tələb olunur. Qeyd etmək lazımdır ki, HD yayımı yalnız Ailə TV-nin yeni resiverləri və CAM modul cihazları dəstəkləyir.

Elə məhz Ailə TV-ni seçən vətəndaşların daha çox rəqəmsal yayıma üstünlük verdiklərini nəzərə alaraq kabel televiziyası yeni kampaniyaya başlamaq və abunəçilərə güzəştli şərtlər çərçivəsində rəqəmsal yayıma qoşulmaq üçün ən müxtəlif imkanlar təqdim etmək qərarına gəlib.

Ən son texnologiyalardan istifadə etməklə, abunəçilərə keyfiyyətli yayım təqdim etmək və operativ xidmət göstərməyi prioritet məqsəd hesab edən Ailə TV, stimullaşdırıcı kampaniyaları daim davam etdirir və abunəçilərə telekommunikasiya sahəsində ən son xidmətlər təklif edir.

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə