Ailə TV-nin 10 yaşı tamam olur

17-04-2017 / 12:01

Bu gün Caspian Telecom MMC şirkətinin əsas brendi, Ailə TV-nin 10 yaşı tamam olur.

Ailə TV Azərbaycanın ilk rəqəmsal televiziya operatorudur. Bundan əlavə HD yayımın ölkəmizdə retranslasiyası da kabel televiziyaları arasında ilk dəfə məhz Ailə TV tərəfindən həyata keçirilib. Şirkət, həm də fiber-optik texnologiya əsasında internet provayder xidmətləri göstərən ilk opertorlarındandır.

Hazırda Ailə TV-ni təkcə ölkəmizdə deyil, dünyanın müxtəlif ölkələrində yaşayanlar da izləyə bilir.. Ailə TV-nin ən son layihələrindən olan İPTV xidməti kabelsiz və antensiz dünyanın istənilən yerində 200 TV kanal izəmək imkanı yaradır.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, Ailə TV ailəsi böyük bir ailədir və abunəçilərinə yüksək səviyyəli xidmət göstərmək üçün səylə çalışır.

Şirkətin 24/7 fasiləsiz çalışan 920 Çağrı mərkəzi, eləcə də Bakıda 9 və Gəncədə 1 filialı var. Ailə TV-də əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması istiqamtində hər zaman işlər görülür, təlim və imtahanlar keçirilir.

Qeyd edilib ki, öz fəaliyyəti ilə cəmiyyətimizə faydalı olmağa çalışan, Ailə TV bir sıra sosial layihələri dəstəkləyir. Bundan əlavə, Ailə TV, müstəqilliyimiz və dövlətçiliyimiz uğrunda fədakarlıq göstərən soydaşlarımıza da xüsusi diqqət göstərir. Belə ki, Ailə TV-nin analoq yayımı və ya rəqəmsal yayım baza paketi (Ailə paketi) 50% güzəştlə təklif olunur.

Xeberler.az

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə