Ailə TV Player-lər Bestel mağazalarında

02-03-2016 / 13:18

Ötən il  Ailə TV Azərbaycanda analoqu olmayan ilk IP TV xidmətini təqdim etdi. Yeni xidmətin özəlliyi, dünyanın internet olan istənilən yerindən yerli və xairici telekanalları izləmək imkanının olmasıdır.

Xidmətə qoşulmaq üçün xüsusi cihaz Ailə TV Player tələb olunur.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, indi Ailə TV Player-ləri Bestel mağazalar şəbəkəsindən də əldə etmək olar.

 Bestel mağazalarında xüsusi Ailə TV stendləri quraşdırılıb ki, burada maraqlanan şəxslər Ailə TV-nin IP TV xidmətini test edə bilərlər və istəklərinə uyğun həm nəğd həm də kredit kartları vasitəsilə Ailə TV Player-ləri əldə edə bilərlər.

Xatırladaq ki, Bestel mağazalarından savayı, ölkəmizin digər iri elektronika şəbəkələri olan Music Gallery və İntegral Plus mağazalarından da əldə etmək olar.

Ailə TV filialallarında və şəhərimizin bir sıra kiçik elektronika mağazalarında da  Ailə TV Player-ləri canlı şəkildə tanış olmaq və əldə etmək mümkündür.

Ailə TV Player əldə edən abunəçilərə 3 ay müddətinə bütün telekanallar pulsuz təqdim olunur. Növbəti ayların abunə haqqlarını MilliÖn və E-Manat terminalları, Ailə TV filialları və ya aile.tv, goldenpay.az, hesab.az saytlarından keçirmək mümkündür.

Günel 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə