Ailə TV yeni sayt istifadəyə verdi

05-05-2017 / 11:38

Bu gündən etibarən Ailə TV abunəçilərinə yeni, daha funksional saytla xidmət göstərir.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, aile.tv ünvanında yerləşən saytda abunəçilərin rahatlığı üçün geniş imkanlar yaradılıb.

Yeni sayt həm mobil həm də stasionar cihazlarda istifadə üçün adaptasiya olunub.

İndi Ailə TV abunəçiləri və potensial müştərilər yeni saytda istədikləri məlumatı rahat şəkildə əldə edə biləcəklər və şirkətin xidmətlər və məhsullarını online sifariş edə biləcəklər. Saytın ziyarətçilərinə canlı dəstək üçün 24 saat fasiləsiz işləyən online çat datəqdim olunur.

Yeni saytda Caspian Telecom şirkətin bütün xidmətləri cəmləşdirilib və dördə əsas bölmədə göstərilib: İPTV, Kabel televiziyası, İnternet və Korporativ xidmətlər. İstənilən bölməyə keçib müvafiq məlumat ala və xidmətlərimizə qoşula bilərsiniz.

Bundan əlavə abunəçilərin rahatlığı üçün tez-tez yaranan suallardan ibarət FAQ bölməsi yaradılıb. Burada saytımızın izləyiciləri yarana biləcək suallara hazır cavab əldə edə biləcəklər. Şirkətin bütün xidmətləri haqqında ən son yeniliklər və xəbərlər isə xəbərlət blokunun twitter bölməsində paylaşılır.

Xatırladaq ki, yeni sayt “Штурман”  veb studiyası tərəfindən hazırlanıb.

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə