Ailə TV/NET abunəçilərinə şad xəbər

16-10-2015 / 18:12

Ailə TV yeni kampaniyaya başlayıb.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, kampaniyanın şərtlərinə əsasən, vaxtıkən Ailə TV/NET abunəçisi olan, lakin ən azı 3 aydır ki xidmətlərdən istifadə etməyən abunəçilər bir ay müddətinə TV və NET xidmətlərindən pulsuz yararlana bilərlər.

Ailəyə qayıdan abunəçilər abunə olduqları tarif üzrə bir aylıq tam ödəniş etdikdə növbəti ay xidmətlərdən pulsuz istifadə imkanına malik olurlar.

Qeyd edək ki, kampaniyaya dekabrın 31-nə qədər  qoşulmaq mümkündür.

Ailəyə qayıt kampaniyasından tək TV və ya tək İnternet xidmətinə qayıdan abunəçilər də faydalana bilərlər.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə