AileTV Gəncədə öz şəbəkəsini genişləndirir

07-02-2012 / 11:00
AileTV kabel televiziyasının operatoru Gəncədə öz fəaliyyət dairəsini genişləndirir. Bu barədə şirkət özü məlumat verib.
Bununla da, Gəncənin Gülüstan qəsəbəsi abunəçilərinin də qoşulmasına başlanılıb.

AileTV-nin Gəncə filialının rəhbəri Elçin Səfərovun sözlərinə görə, indi şəhərdə növbəti filialın açılışı üzrə işlərin yekun mərhələsi aparılır. Yeni filialın açılışından sonra şəhərin mərkəzində, A.Səhhət adına qəsəbədə və Gəncənin mikrorayonlarında kabel televiziyası xidmətə başlayacaq. “Artıq vətəndaşların çoxsaylı müraciətləri var.  Yaşayış evlərində şəhərin mərkəzi hissəsinin abadlığıyla əlaqədar peyk antennalarının quraşdırılması mümkünsüz olub. Bununla da AileTV-yə  qoşulmaya ehtiyaclar artıb”- deyə Səfərov bildirib.

Şirkət, həmçinin Gəncədə optik xətlərlə genişzolaqlı internet xidmətləri göstərməyə başlamağı planlaşdırır. AileNet internet xidmətinin apreldən fəaliyyətə başlayacağı güman edilir.
Qeyd edək ki, AileTV 2011-ci ilin oktyabrından ildən kabel televiziyası ilə Gəncə sakinlərinin istifadəsinə verilib. Hazırda operatorun xidmətlərindən “Yeni Gəncə” və “Maxrasa bağı” istifadə edir.

Səidə, Xeberler.az

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə