Akademik Şəfaət Mehdiyevin 100 illiyinə həsr olunmuş poçt markası buraxılıb

10-11-2010 / 14:52

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərmarka şirkəti poçt dövriyyəsinə akademik Şəfaət Mehdiyevin 100 illik yubileyinə həsr olunmuş marka buraxıb.

2010-cu ilin dekabr ayında görkəmli Azərbaycan alimi, geologiya-mineralogiya elmləri doktoru, professor, əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, akademik Şəfaət Fərhad oğlu Mehdiyevin anadan olmasının 100 illiyi tamam olur.

Həmçinin qeyd etmək lazımdır ki, noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkədə neft geologiyası elminin inkişafı sahəsində mühüm xidmətlərini və zəngin pedaqoji fəaliyyətini nəzərə alaraq, Şəfaət Mehdiyevin 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında sərəncam imzalayıb.
Azərmarka tərəfindən təqdim olunmuş markanın nominal dəyəri 0,6 manat, tirajı isə 100 min nüsxə təşkil edir.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.