Albert Eynşteynin robotu yaradılıb-Video

26-01-2017 / 12:15

CES 2017 tədbiri hazırda inkişaf edən robot texnologiyası və ağıllı ev köməkçilərinin gələcəyinin parlaq olduğuna dair proqnozlar verdi.

Bu sərgidə təqdim edilən və 2 gün əvvəl Kickstarter-da vəsait toplamaq üçün kampaniyaya başlayan Eynşteyn robotu insanlar tərəfindən maraqla qaşılanır.

Yəqin ki, bu ad hamımıza tanış gəldi.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, Eynşteyn robotu isə insanları dünyanın məşhur fiziki Albert Eynşteynin bir oxşarı ilə öyrətmək və əyləndirmək məqsədi daşıyır.

Hanson Robotics tərəfindən hazırlanan robot, yerimək, danışmaq və həqiqi üz ifadələri ilə reaksiya verə bilmək qabiliyyətinə sahib mexaniki professordur. Bir tərəfdən təməl elmlərə dair təlimatçı rol boynuna götürərkən digər tərəfdən də gəzərək zarafatlar edə bilir.

Şirkətin qurucusu və CEO-su David Hanson robotun insana bənzər yaradılması ilə bağlı deyib ki, süni zəkanı çox ağıllı hala gətirmək və insanlarla yaxşı münasibətlər qurmasını təmin etmək, eyni zamanda ona  insana bənzəyən bir forma vermək, insana dair çox daha çox şey öyrədə biləcəyimiz mənasını verir .

Onun sözlərinə görə,  Eynşteyn robotu dünyanı bir körpənin etdiyi kimi fiziki və sosial mənada kəşf edə və insanlardan yeni şeylər öyrənə bilər.

Qeyd edək ki, robot həm onlayn, həm də offline rejimdə istifadəçiylə ünsiyyətdə ola bilər.

Wi-Fi vasitəsilə internetə bağlanaraq onlayn moda keçdiyində ona yönlənən elmi sualları anlamaq və cavab vermək üçün təbii dil və süni zəka qabiliyyətlərini istifadə edir.

Şirkət həmçinin, robotun öz səs tanıma (speech recognition) texnikasını yaratmaq yerinə açıq qaynaq API dəstək alaraq, hava məlumatlarının verilməsi və təqvimi idarə etmək kimi imkanlar yaradıb.

Robotun plastik üz ifadələrinin altında bir çox texnologiya yatır.  Belə ki, robotun Albert Eynşteynə bənzəməsi üçün də olduqca böyük vaxt sərf edən firma, sinə xəttinə yerləşdirilən kameradan əldə edilən görüntüləri "damcı detection" ilə görüntü emal texnikası sayəsində aydın dildə ünsiyyətdə olduğu adama doğru ötürülməsini təmin edir.

Albert Eynşteynin ən çox tanınan dilçıxartma hərəkəti də daxil olmaqla 50-dən  çox üz ifadəsi, jest və mimika olan robota bu hərəkətləri balanslı bir şəkildə reallaşdırmaq üçün 9 ədəd mühərriklə nəzarət edilir.

Robot enerji də toplaya bilir. Belə ki, robot  bir dəfə şarj ediləndə  3-4  saat istifadə etmək mümkündür. 

775 min Hong Kong dollarlıq Kickstarter kampaniya hədəfinin üçdə birlik qisiminə 2 günlük qısa bir müddətdə çatmağı bacaran robotu platforma üzərindən 269 dollarlıq ilkin sifarişlə almaq mümkündür.

Robotun aprel ayından etibarən 299 dollarlıq qiymətlə satışa təqdim edilməsi gözlənilir.

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə