Ali təhsil haqqında arayışları da online ala biləcəyik

11-04-2015 / 18:30

Yaxın günlərdə Azərbaycanda “Elektron hökumət” (e-gov.az) portalı vasitəsi ilə ali təhsil haqqında arayışı onlayn almaq mümkün olacaq.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Xəbərlər-ə verilən məlumata görə, arayışın əldə olunması üçün ali təhsil haqqında diplomun PİN kodunu göstərmək lazımdır.

Elektron arayış şəxsin ali təhsilini təsdiq edən rəsmi sənəd hesab olunur və onu təyinatı üzrə istifadə etmək mümkündür.

Azərbaycanın ali məktəb məzunları haqqında məlumatlar “Tələbə-məzun” məlumat sistemində saxlanılır. Bu bazanın mövcudluğu həm nazirlik əməkdaşlarının işini yaxşılaşdıracaq, həm də saxta diplomların saxtalaşdırılmasının qarşısını alacaq.

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə