Alıcıların rəğbətini qazanmış smartfon hansıdır?

24-05-2018 / 14:22

ABŞ-ın Alıcıların Məmnunluq İndeksi (ACSI) smartfonların yeni reytinqini tərtib edib. iPhone 7 Plus və Samsung Galaxy S8+ smartfonları ən çox bal toplayıblar.

Xeberler.az bildirir ki, ACSI-nin məlumatına əsasən, iPhone 7 Plus (buraxılış ili 2016) amerikalıların ən sevimli smartfonudur.

Bu aparatın məmnunluq indeksi 85% təşkil edir. Samsung Galaxy S8+ 84% göstərici ilə  ikinci yeri tutub. Galaxy S8, iPhone 8 və iPhone 8 Plus smartfonları 3-5-ci yerləri bölüşüblər.

Qeyd edək ki, Apple-ın ən yeni qabaqcıl smartfonu məmnunluq indeksində 80% göstərici ilə yalnız 17-ci yeri tutub. Məsələn, “Counterpoint Research”in hesabatına əsasən, iPhone X cihazı ABŞ-da ilin birinci rübündə ən çox satılan smartfonların siyahısında ikinci və üçüncü yerləri bölüşdürür. Maraqlıdır ki, Tech.pinions analitik agentliyinin sorğusuna əsasən, iPhone X sahiblərinin 97%-i qurğudan razıdır.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə